Modern.az

Mingəçevirdə 2 maşın TOQQUŞDU - Yaralılar var

Mingəçevirdə 2 maşın TOQQUŞDU - Yaralılar var

8 Dekabr 2022, 10:47

Mingəçevirdə ağır yol-nəqliyyat ahdisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, "VAZ-2107" və "VAZ-2110" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

 

Belə ki, "VAZ-2107" və "VAZ-2110" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub. Nəticədə 6 nəfər - 2010-cu il təvəllüdlü İ.Abdullazadə, 1987-ci il təvəllüdlü Samir Abdullayev, 1975-ci il təvəllüdlü Bayram Quliyev, 1972-ci il təvəllüdlü Elçin Xəlilov, 1972-ci il təvəllüdlü Aydın Əkbərov və 1978-ci il təvəllüdlü Qismət Cəmilov xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU