Modern.az

Hökmdən narazı qalan məhbus özünü öldürdü

Hökmdən narazı qalan məhbus özünü öldürdü

8 Dekabr 2022, 12:52

Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Modern.az-a bildirilib ki, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Mehdi Maksim oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.

 

İlkin məlumata görə, məhkum barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.

 

Faktla bağlı araşdırma başlanıb.

 

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov qətl törətdiyinə görə həbs olunub. Məhkəmənin hökmü ilə ona 18 il həbs cəzası verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU