Modern.az

İspaniya millisinin baş məşqçisi DƏYİŞDİ

İspaniya millisinin baş məşqçisi DƏYİŞDİ

İdman

8 Dekabr 2022, 16:34

İspaniya millisinin yeni baş məşqçisi məlum olub.

 

Modern.az xəbər verir ki, Luis Enrikenin istefaya göndərilməsindən sonra bu vəzifəyə Luis de la Fuente təyin olunub. Onunla dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.

 

Luis de la Fuente bundan əvvəl İspaniyanın U-21 millisini çalışdırıb.

 

İspaniya Futbol Federasiyası bu gün Luis Enrike ilə yolları ayırıb. Buna komandanın DÇ-2022-nin 1/8 finalında Mərakeşə uduzması səbəb olub.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı