"Google" şirkəti mütəmadi olaraq hər ilin sonunda elan etdiyi axtarış tendensiyalarının nəticələrini yayımlayıb.
Modern.az xəbər verir ki, 2022-ci ildə dünyada ən çox axtarılan söz “Wordle” olub.
Nyu-Yorkda yaşayan Coş Uordl tərəfindən sevgilisinin oynaması üçün hazırlanmış "Worlde" oyununun adı bu il "Google"də ən çox axtarılan söz olub. 2021-ci ildən tanınan oyun 2022-ci ilin fevralında Amerikanın "New-York Times" qəzeti tərəfindən milyonlarla dollara satıldıqdan sonra daha da məşhurlaşıb.
2022-ci ildə dünyada ən çox axtarılan digər sözlər "Hindistan-İngiltərə", "Ukrayna", "Kraliça Elizabet" və "Hindistan-Cənubi Afrika" olub.
Akif İsmayılov