Modern.az

"Qarabağ" - "Qəbələ" oyununda qalib müəyyənləşmədi

İdman

8 Dekabr 2022, 22:31

Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, turnirin son qalibi “Qarabağ” klubu “Qəbələ”ni qəbul edib.

 

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab matçı dekabrın 19-da baş tutacaq.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi