Modern.az

39 yaşlı qadın dəm qazından öldü 

39 yaşlı qadın dəm qazından öldü 

9 Dekabr 2022, 00:58

Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki , hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.

 

Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

 

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir