Modern.az

DÇ-2022-də 1/4 finala start verilir

DÇ-2022-də 1/4 finala start verilir

İdman

9 Dekabr 2022, 08:03

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

 

Modern.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

 

Günün ilk matçında turnirin favoritlərindən olan Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək.

 

"Edyukeyşn Siti" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.

 

Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər. "Lusail" stadionunda keçiriləcək görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olacaq.

 

DÇ-2022

1/4 final mərhələsi

9 dekabr

 

19:00. Xorvatiya - Braziliya

 

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edyukeyşn Siti" stadionu

 

23:00. Niderland - Argentina

 

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Lusail" stadionu

 

Qeyd edək ki. 1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi