Modern.az

Azərbaycan kuboku - Bu gün daha 2 görüş var

Azərbaycan kuboku - Bu gün daha 2 görüş var

İdman

9 Dekabr 2022, 08:43

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın daha iki oyunu baş tutacaq.

 

Modern.az xəbər verir ki, günün ilk görüşü Gəncədə keçiriləcək.

 

Qərb derbisində “Kəpəz”lə “Turan Tovuz” komandaları üz-üzə gələcək. Digər oyun isə “Səbail”lə “Sabah” arasında baş tutacaq.

 

Xatırladaq ki, ilk oyun günündə “Zirə” “Neftçi”yə 1:0 hesabıyla qalib gəlibsə, “Qarabağ” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 2:2.

 

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları


9 dekabr

 

“Kəpəz” – “Turan Tovuz”


Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli.
Gəncə şəhər stadionu, 14:00.

 

“Səbail” – “Sabah”


Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Bakı. “ASCO Arena”, 17:00.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi