Modern.az

Əli Əsədov dərmanların bahalaşmasına münasibət bildirdi

Əli Əsədov dərmanların bahalaşmasına münasibət bildirdi

9 Dekabr 2022, 11:58

“Dərmanların qiymətinin artımı barədə deputatlar tərəfindən fikirlər səsləndirilir. Sizlərə də məlum olduğu kimi, Rusiya-Ukrayna arasında gedən müharibə, dünyada baş verən qlobal böhran, ölkələrə tətbiq olunan sanksiyalar qiymətlərin artımına səbəb olur”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov dərmanların bahalaşması barədə çıxışlara münasibət bildirərkən deyib.

 

"Məlumdur ki, Azərbaycan dərman məhsullarının 95 %-dən çoxunu xarici ölkələrdən idxal edir. Bu ölkələr Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukraynadır. Dərman vasitələrinin qiymətlərinin müəyyənləşməsini Tarif Şurası müəyyən edir. Şura tərəfindən son qiymət artımı 277 adda dərmana tətbiq olunub", - deyə Əli Əsədov vurğulayıb.

 

Qeyd edək ki, Milli Məclisin iclaslarında Azərbaycanda dərmanların  bahalaşması barədə fikirlər səsləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir