Modern.az

Bəxtiyar Hacıyevə bu maddələrlə cinayət işi AÇILDI

Bəxtiyar Hacıyevə bu maddələrlə cinayət işi AÇILDI

Aktual

9 Dekabr 2022, 14:58

Bu gün tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

 

Qeyd olunub ki, B.Hacıyev barəsində qətimkan tədbiri seçilmək üçün məhkəməyə göndərilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI