Kanada səfiri Elison Lekler Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb rəsmi Ottavanın Rusiya ilə bağlı nümayiş etdirdiyi mövqedir.
Nazirliyin məlumatına görə, Kanadanın rəsmi hakimiyyət orqanlarının təbliğ etdiyi rusofobiya hərəkətləri normal diplomatik münasibətlərdən kənara çıxmaq deməkdir.