Argentina Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə keçib.
Modern.az xəbər verir ki , Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/4 finalda Niderlandı məğlub edib.
Cənubi Amerika təmsilçisi 35-ci dəqiqədə Nauel Molina və 73-cü dəqiqədə Lionel Messinin qolu sayəsində iki top fərqi ilə önə keçib. Ancaq komanda bu üstünlüyünü qoruya bilməyib. Sonradan meydana daxil olan Vaut Veqhorst 83-cü və 90+11-ci dəqiqədə fərqlənərək, hesabı bərabərləşdirib.
90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə də tablodakı rəqəmlər dəyişmədiyindən, penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:3) Argentina yığması adını yarımfinala yazdırıb.
Argentina ilə Xorvatiya arasında DÇ-2022-nin yarımfinal oyunu dekabrın 13-də keçiriləcək.
***
01:03
Dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.
Modern.az, buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.
2:2 hesablı bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.
***
00:45
Dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 3-cü qol vurulub.
Modern.az xəbər verir ki, 83-cü dəqiqədə Avropa təmsilçisinin heyətində Vaut Veqhorst hesab arasındakı fərqi azaldıb - 1:2.
***
00:42
Dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.
Modern.az xəbər verir ki, 73-cü dəqiqədə penaltidən fərqlənən Lionel Messi Cənubi Amerika təmsilçisinin üstünlüyünü 2 topa çatdırıb - 2:0.
***
23:42
Dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, 35-ci dəqiqədə Nahuel Molina Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.
Görüşün ilk hissəsi argentinalıların üstünlüyü ilə yekunlaşıb.
***
21:01
Dünya çempionatında Niderland və Argentina yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
22:01
Dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Niderland və Argentina yığmalarının start heyətləri açıqlanıb.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 8. Kodi Qakpo
Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 25. Lisandro Martines, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 10. Lionel Messi, 9. Julian Alvares
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.