Modern.az

Ukraynanı qana boyayanlar Azərbaycanda sülhməramlılıq edir

Ukraynanı qana boyayanlar Azərbaycanda sülhməramlılıq edir

10 Dekabr 2022, 09:14

Rusiya ordusu bütün dünyanın gözü önündə Ukraynada işğalçı müharibə aparır.  Ukraynada daş üstündə daş qoymayan rus ordusu Azərbaycanda sözdə sülhməramlı missiya həyata keçirir.

 

Ukraynanı qana bulayan Rusiya ordunsunun Azərbaycanda sülhməramlılıq etməsi hansı missiyanın göstəricisidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Qarabağın dağlıq hissəsinə nəzarət həyata keçirən hərbi kontingent qətiyyən sülhməramlı missiya həyata keçirmir:

 

 

“Onlar sülhməramlı deyillər. Ermənilərin nökərləridirlər. Çünki ermənilərə ev tikirlər, ermənilərin silahlanmasına göz yumurlar. Ermənistanda insan qalmayıb, hamısını Xankəndinə köçürüblər. Bir müddət əvvəl azərbaycanlı jurnalistləri Xocalıya buraxmadılar. Bütün bunlar bu hərbi kontingentin sülh məramı daşımadığını açıq şəkildə sübut edir”.

 

Onun sözlərinə görə, sülhməramlılar əvvəl-axır ərazilərimizdən çıxarılacaq:

 

“Rusiya sülhməramlıların bütün bu mənfi hərəkətlərinə baxmayaraq, imzalanmış bəyanatları unutmayaq.  Müəyyən müddət Qarabağın dağlıq hissəsində qalacaqlar. Ermənilər də ya köçüb gedəcək, ya da Azərbaycan vətəndaşlığını qəbul edərək olduqları yerdə yaşayacaqlar. Təbii ki, müqavilənin şərtlərini pozsalar, onları vaxtından əvvəl də göndərmək mümkündür. Ancaq hər halda səbirli olsaq, daha yaxşıdır”.

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, işğalçı, neoimperialist ideyaların daşıyıcısı olan ordunun sülhməramlı qüvvəsi ola bilməz.

 

 

Onun sözlərinə görə, sülhməramlılar ərazidə talançılıqla məşğuldurlar:

 

“Sülhməramlıların komandanı Andrey Volkov xarici şirkətlərlə, Rusiyanın Qarabağdakı emissarı Ruben Vardanyanla birlikdə ərazidəki qızıl yataqlarını istismar edir. Üstəlik bölgəyə istənilən qüvvəni, hətta terrorçu qüvvələri belə buraxır. Bölgədə İran, Gürcüstan maşınına rast gəlmək olur. Ancaq azərbaycanlı jurnalistləri onlar Qarabağa-Xocalıya buraxmadılar. Azərbaycan bütün bunları əsas gətirirək onların bölgədən çıxarılmasını istəyə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi