Modern.az

ATƏT müxalifətlə iqtidarı "barışdırdı"

ATƏT müxalifətlə iqtidarı "barışdırdı"

7 May 2013, 11:58

Azərbaycanın aparıcı siyasi partiya liderləri  ATƏT-in  Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüş  keçirib.

Bu barədə Modern.az saytına Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı məlumat verib.

Müsavat funksioneri qapalı keçirilən görüşdə hansı məsələlərin müzakirə olunmasından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, qapalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı ilə yanaşı AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev,  Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!