Modern.az

Ruslar Ukraynaya İran PUA-ları ilə hücum etdilər

Ruslar Ukraynaya İran PUA-ları ilə hücum etdilər

10 Dekabr 2022, 10:55

Dekabrın 10-na keçən gecə rus işğalçıları İranın “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri (PUA) ilə Ukraynaya hücum ediblər. 15 pilotsuz təyyarədən 10-u məhv edilib.
 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatında deyilir.
 

Məlumata görə, gecə saatlarında Ukraynanın cənub bölgələri hücuma məruz qalıb. Pilotsuz təyyarələrin üçdə ikisi vurulub.
 

"Dekabrın 10-na keçən gecə rus işğalçıları İran istehsalı olan "Şahed-136/131" kamikadze pilotsuz təyyarələri ilə Ukraynanın cənubuna hücum ediblər. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Yuğ" hava komandanlığının bölmələri düşmənin 10 pilotsuz təyyarəsini vurub. Onlar Xerson, Nikolayev və Odessa vilayətləri üzərində məhv edilib”, - rəsmi məlumatda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir