İrandan Azərbaycana narkotik keçirmək istədilər

İrandan Azərbaycana narkotik keçirmək istədilər

10 Dekabr 2022, 10:57

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

 

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi