Modern.az

İranın xarici işlər naziri Avropanı HƏDƏLƏDİ

İranın xarici işlər naziri Avropanı HƏDƏLƏDİ

10 Dekabr 2022, 11:12

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalara və müdaxiləçi ifadələrə sərt cavab verəcək.
 

Modern.az “Mehr”ə istinadən xəbər verir ki, şənbə günü iranlı nazirlə Avropa İttifaqının Xarici siyasət üzrə rəhbəri Josep Borrell arasında telefon danışığı olub.

İranın baş diplomatı Tvitter-də yazıb: “Telefon zəngindən sonra Josep Borrell ilə danışdım. Dedim ki, əgər ABŞ və Avropa təzyiq yolu ilə danışıqlarda rıçaq yaratdıqlarını düşünürlərsə, yanılırlar! Biz sanksiyalara və müdaxiləyə cavab veririk”.


Hüseyn Əmir Abdollahianın sözlərinə görə, o, Borrelə həm də "eyni zamanda, biz yaxşı, güclü və davamlı razılaşmanın son mərhələsinə doğru gedirik" söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir