Modern.az

Vətəndaşların bank hesabından oğurluq edən şəxs SAXLANILDI

Vətəndaşların bank hesabından oğurluq edən şəxs SAXLANILDI

10 Dekabr 2022, 11:16

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında əməliyyat keçiriblər.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri olan iki nəfərin ayrı-ayrı vaxtlarda bank hesablarından pullarını oğurlamaqda, Bakı və Şamaxı sakinləri olan daha iki nəfəri isə aldadaraq 620 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Nəcəfov müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?