Modern.az

Qobuda YANĞIN - Sakinlər təxliyə edildi

Qobuda YANĞIN - Sakinlər təxliyə edildi

10 Dekabr 2022, 11:31

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

 

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır