Milli Məclisin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illiyinə həsr olunan iclası davam edir. Modern.az-ın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək görkəmli dövlət xadiminin gördüyü işlərdən, Azərbaycan xalqına xidmətlərindən danışıb.
Komitə sədri Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən göz yaşlarına sahib ola bilməyib.
“Məhz onun çağırışı ilə 1994-cü ildə xalqın kimin tərəfində olduğu qəsdçilərə anlatıldı”. Çıxışının sonunda isə Arif Rəhimzadə göz yaşlarını tuta bilməyərək sözlərini bir neçə dəfə yarımçıq saxlamalı olub.
Məclis iştirakçıları onu uzun müddət alqışlayıblar.
Modern.az