Modern.az

Vergi ödəyicilərinin sayı ARTIB

Vergi ödəyicilərinin sayı ARTIB

İqtisadiyyat

10 Dekabr 2022, 17:37

Cari ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 399 min 990 vergiödəyicisinin 87,4 faizi fiziki şəxslər, 12,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

 

Dövlət Vergi Xidmətindən (DVX) Modern.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,5 faiz (ümumi artımın 80,7 faizi), hüquqi şəxslərin sayı isə 9,4 faiz (ümumi artımın 19,3 faizi) artıb.

 

Həmin dövrdə kommersiya qurumlarının sayı 10,3 faiz təşkil edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi