Modern.az

Növbəti sensasiya: Mərakeş ilk dəfə yarımfinalda - YENİLƏNİB

Növbəti sensasiya: Mərakeş ilk dəfə yarımfinalda - YENİLƏNİB

10 Dekabr 2022, 20:56

Mərakeş millisi dünya çempionatının yarımfinalına yüksəlib.

 

Modern.az xəbər verir ki, mundialın favoritlərindən sayılan Portuqaliya yığmasını 1:0 hesabı ilə məğlub edən Mərakeş komandası tarixində ilk dəfə dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bununla da Portuqaliya turnirlə vidalaşmalı olub.

 

Qeyd edək ki, görüşdə yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

 

***

 

Dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, Afrika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

 

Matçın ilk hissəsində yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

 

 

***

19:02

Dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

***

17:45

 

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Mərakeş və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Modern.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Mərakeş: Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş, Yahia Attiyat Allah

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək