Modern.az

İngiltərə mübarizəni dayandırdı, Fransa yarımfinalda - YENİLƏNİB

İngiltərə mübarizəni dayandırdı, Fransa yarımfinalda - YENİLƏNİB

İdman

11 Dekabr 2022, 01:00

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, yarımfinala son vəsiqənin sahibi Fransa millisi olub.

 

Fransalılar 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb - 2:1. Beləliklə, Fransa yığması qələbə sayəsində yarımfinalda Mərakeşlə qarşılaşacaq.

 

Qeyd edək ki, yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

 

***

00:38

Dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesab dəyişib.

 

Modern az xəbər verir ki, 78-ci dəqiqədə Olivye Jiru Fransanı yenidən hesabda önə çıxarıb - 2:1.

 

***

00:17

 

İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, matçın 54-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən Britaniya təmsilçisinin kapitanı Harri Keyn hesabı bərabərləşdirib.

 

***

Dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, 17-ci dəqiqədə fərqlənən Orelyen Çuameni Fransanı önə keçirib.

 

***

Dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

***

21:50

Dünya çempionatının 1/4 final oyununda üz-üzə gələcək İngiltərə və Fransa yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

İngiltərə: Cordan Pikford, Kayl Uolker, Luk Şou, Deklan Rayz, Con Stounz, Harri Maquayr, Cordan Henderson, Harri Keyn (K), Bukayo Saka, Fil Foden, Cud Bellingem

 

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi