Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya millisinin Mərakeşə məğlub olmasından sonra Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo göz yaşlarına boğulub.
Modern.az xəbər verir ki, futbolçunun ağlaması fotolara yansıyıb.
Qeyd edək ki, Mərakeş rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Portuqaliya millisi heç vaxt dünya çempionu olmayıb. Kriştianu Ronaldo karyerasının əvvəlindən beş dünya çempionatında iştirak edib, turnirlərin pley-off mərhələsində qol vurmayıb. Futbolçu bugünkü görüşün start heyətində də yer almayıb.
Akif İsmayılov