Ukraynanın Çerniqov, Sumı və Xarkov vilayətlərində hava xəbərdarlığı elan edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları məlumat yayıb. Xəritədə bu bölgələr, eləcə də Luqansk ərazisi qırmızı rənglə qeyd olunub.
Çerniqov vilayətinin başçısı Vyaçeslav Çaus da teleqramda hava hücumu xəbərdarlığı ilə bağlı məlumat paylaşıb.
Bundan əvvəl Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərində hava xəbərdarlığı elan edilmişdi.