Modern.az

Messi ən yaxşı futbolçu seçildi

Messi ən yaxşı futbolçu seçildi

İdman

11 Dekabr 2022, 14:35

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib.

 

Modern.az xəbər verir ki, 35 yaşlı hücumçu dünyaca məşhur "Goal.com" saytının versiyasına əsasən, 1/4 final mərhələsinin oyunlarından sonra bu ada layiq görülüb.

 

Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.

 

İkinci sırada Fransa yığmasından Kilian Mbappe yer alıb. İlk "3-lüy"ü "xoruzlar"ın digər forvardı Antuan Qrizmann tamamlayıb.

 

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə siyahıya düşməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI