Modern.az

Putinin eks-müşaviri: Azərbaycanlılar haqlıdır, Qarabağın sərvətini talayırlar

Putinin eks-müşaviri: Azərbaycanlılar haqlıdır, Qarabağın sərvətini talayırlar

12 Dekabr 2022, 17:32

Bu gün səhər saatlarında Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyasına başlayıb. Aksiya hələ də davam edir.  

  

Etirazçılar sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər. Bildirilib ki, aksiya iştirakçılarının irəli sürdüyü tələblər yerinə yetirilməsə, etirazlar davam edəcək, nəticədə Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsi bağlı qalacaq.

 

Hazırda bütün diqqətlər Laçın yolundakı aksiyaya yönəlib. 

 

Bəs Rusiyanın azərbaycanlıların aksiyasına münasibəti necədir? 

 

Bu barədə Modern.az-a açıqlama verən Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış analitik Sergey Markov azərbaycanlı fəalların haqlı olduğunu bildirib.

 

Sülhməramlılar barədə sualdan yayınan Markov Ermənistan tərəfini Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edib:

 

“Son zamanlar Qarabağda vəziyyət gərginləşməyə başlayıb. Azərbaycanlı ekoaktivistlər haqlı olaraq Ermənistan hakimiyyətindən təxribatları dayadırmağı tələb edirlər. Qarabağ ərazisindən qanunsuz qızıl ixracını dayandırmağı tələb edərək Şuşa rayonunda sakit aksiya keçirirlər. Biz bunu Qarabağın təbii sərvətlərinin işğalçılar tərəfindən mənimsənilməsi kimi qiymətləndiririk. Ermənistanın da bunu etməkdə səbəbləri var. Ermənistan başa düşür ki, tezliklə Qarabağı tərk edəcəklər. Buna görə də Qarabağdakı zəngin resursları talamaqla və resurs ixracını artırmaqla məşğuldur”. 

 

Rusiya prezidentinin eks-müşaviri Moskvadan Qarabağa köçən milyarder Ruben Vardanyanın Qarabağda talançılıqla məşğul olduğunu söyləyib:

 

“Ermənistan tərəfi bilməlidir ki, onlar üçün Rusiya və çox güvəndikləri Fransa Qarabağda mübarizə aparmayıb və aparmayacaq. Ermənistan bunu qəbul etməlidir. Qarabağda ermənilərin yaşadığı ərazilərdə maliyyə işlərinə Ruben Vardanyan baxır. Milyarder, aktivist olan Vardanyan burada Azərbaycanın təbii sərvətlərini talamaqla məşğuldur. Buna görə də onlar layiqli cavablarını almalıdırlar. Hər kəsə bəllidir ki, Qarabağ Azərbaycan torpağıdır və belə olaraq qalacaq. Bunu heç bir qüvvə dəyişdirə bilməz”. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi