Modern.az

Vasif Talıbov Bakıya GƏLDİ

Vasif Talıbov Bakıya GƏLDİ

Ölkə

13 Dekabr 2022, 00:04

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bir qədər əvvəl Bakıya yola düşüb.


Modern.az xəbər verir ki, bu barədə "AzPolitika.info"ya MR-dəki etibarlı mənbə bildirib.


V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır. 


İstisna deyil ki, V.Talıbov Naxçıvana dair qərarlarla bağlı məlumatlandırılacaq. 


Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama