Modern.az

Sumqayıtda 47 yaşlı kişi küçədə qətlə yetirildi

Sumqayıtda 47 yaşlı kişi küçədə qətlə yetirildi

13 Dekabr 2022, 08:20

Dekabrın 12-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, plis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil