İngiltərənin “Mançester Yunayted” satışa çıxarılır. Qleyzer ailəsi klubu 2023-cü ilin birinci rübünün sonuna qədər satmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Klubun ilkin satış qiymətinin 6-7 milyard funt-sterlinq arasında müəyyən edildiyi bildirilib.
Qeyd edək ki, 2005-ci ildən “qırmızı şeytanlar”ın sahibi olan Qleyzerlər ailəsi noyabrda klubu satmağa hazır olduqlarını bəyan etmişdilər.