Modern.az

Fransa-Mərakeş matçı onlara tapşırıldı

Fransa-Mərakeş matçı onlara tapşırıldı

İdman

13 Dekabr 2022, 08:33

Fransa və Mərakeş milliləri arasında Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununa meksikalı Sezar Ramos baş hakim təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası məlumat yayıb.

 

Matçda Sezar Ramosa yan xətt hakimləri Alberto Morin və Migel Ernandes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Xesus Valensuela yerinə yetirəcək.

 

Kanadalı Drü Fişer VAR hakimi, kolumbiyalı Nikolya Qallo isə onun köməkçisi olacaq.

 

Qeyd edək ki, Fransa-Mərakeş oyunu dekabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi