Modern.az

Argentina, yoxsa Xorvatiya? - Bu gün ilk finalçı bilinəcək

Argentina, yoxsa Xorvatiya? - Bu gün ilk finalçı bilinəcək

İdman

13 Dekabr 2022, 08:37

Bu gün Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək.

 

Modern.az xəbər verir ki, Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı məlum olacaq.

 

"Lusail" stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Niderland seçməsi isə Argentinanı mübarizədən kənarlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi