Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.
Mikroavtobusla minik maşınının toqquşması nəticəsində baş verən qəzada bir nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb.
Ağır xəsarətlər alan yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.