Modern.az

Monitorinq imtahanları davam edir

Monitorinq imtahanları davam edir

Təhsil

8 May 2013, 09:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bölgələrdə keçirilən monitorinqlər davam edir.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, növbəti monitorinq imtahanları bu gün sonuncü gün olaraq Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında keçiriləcək.

Monitorinq imtahanı XI siniflər arasında 119, V siniflər arasında isə 182 məktəbdə keçiriləcəkdir.

İmtahanlarda 4386 XI sinif şagirdinin, 5935 V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...