Modern.az

Bişkekdə Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi açıldı

Bişkekdə Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi açıldı

Diaspor

13 Dekabr 2022, 12:04

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, “Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi” ictimai təşkilatının sədri Xansıvar Baxşəliyev çıxış edərək dekabrın 11-də açılan mərkəzdə Azərbaycan, qırğız dilləri və milli rəqslərin tədris olunacağını diqqətə çatdırıblar. Qeyd edilib ki, burada təkcə Azərbaycan əsilli uşaqlar deyil, həm də qırğız və digər xalqların övladları təhsil alacaqlar.

 

Mərkəz eyni kökə, oxşar dilə və mədəniyyətə malik olan qardaş Azərbaycan və qırğız xalqları arasında dostluq körpüsü rolunu oynayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi