Modern.az

Deputatdan TƏBİB-ə çağırış: Xankəndidəki xəstələri Bakıya gətirin!

Deputatdan TƏBİB-ə çağırış: Xankəndidəki xəstələri Bakıya gətirin!

13 Dekabr 2022, 12:50

“Xankəndidə başında de-fakto Volkov- Vardanyan cütlüyünün durduğu separatçı rejim oradakı xəstəxanalarda ağır vəziyyətdə olanların Laçın yolunun bağlanması səbəbindən İrəvana aparıla bilməmələri ilə bağlı səs-küy qaldıraraq bunu “soyqırımı” kimi təqdim edirlər. Əlbəttə cəfəngiyatdır. Soydaşlarının timsalında Vardanyan, 366-cı alayın başında duranlarla eyni məqsədi güdən general Volkov əsl soyqırımının nə olduğunu Xocalıda və bizə qarşı törədilən digər hərbi cinayətlərdən yaxşı bilirlər”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Aliyev Laçın yolunun bağlamasından narahat olan  ermənilərin saldıqları hay-küyə münasibət bildirərkən deyib.
 

Deputat Xankəndindəki erməni xəstələrlə bağlı Azərbaycanın Səhiyyə Naziliyinə və TƏBİB-ə təklif verib:
 

“Xankəndidəki ağır xəstələrə gəldikdə, Səhiyyə Naziliyimizə və TƏBİB-ə təklifim budur ki, onların tezliklə Bakıya gətirilərək, ən yaxşı xəstəxanalarımızda müalicə edilmələrinə hazır olduğumuz haqda açıqlama yaysınlar.
Qoy Qarabağdakı dinc haylar görsünlər ki, Azərbaycanda onlara düşmən gözü ilə baxılmır. Amma bu ölkədə qalıb yaşamaq istəyirlərsə, digər vətəndaşlarımız necə, onlar da elə -  qanunlarımıza uyğun hərəkət etməlidirlər, əks təqdirdə, Ermənistana üz tutmaqdan başqa yolları yoxdur. Ermənistanda onlara necə yanaşıldığı isə kimsəyə sirr deyil. Və o da sirr deyil ki, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti onların Ermənistana köçüb getməmələri üçün əlindən nə gəlir edəcək".

Sahib Alıyev deyib ki, hayların Qarabağda qalmaları Rusiyanın müvəqqəti hərbi kontingentinə lazımdır:

"Yəni volkovları haylar yox, nə qədər uzun müddətdə mümkündürsə, bir o qədər Qarabağda qalmaq maraqlandırır. Vardanyan da Xankəndiyə məhz bu məqsədlə göndərilib. Və bu Vardanyan Simonyan, Bağdasaryan, Moskvanın maraqlarına cavab verməyən davranış sərgiləyəndə öz xalqını "uzunqulaq" adlandıran Miqranyan və Rusiya televiziyalarında hər gün Ukraynaya od püskürən digərləri kimi əsl rus şovinistləridirlər. Onların hay təəssübkeşliyi Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz və çıxmır. Yəni dələduz Vardanyan Qarabağa oradakı soydaşlarına canı yandığı üçün gəlməyib, Rusiyanın regionda marağını təmin etmək üçün göndərilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi