Modern.az

Din və tariximiz bizi Azərbaycana bağlayır - Çavuşoğlu

Din və tariximiz bizi Azərbaycana bağlayır - Çavuşoğlu

Aktual

13 Dekabr 2022, 16:00

"Ortaq mədəni mirasımız, ortaq dilimiz, din və tariximiz bizi bir-birimizə bağlayır".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin sabah Avaza şəhərində keçiriləcək toplantısına hazırlıq iclasında deyib.

 

O, dövlət başçılarının toplantısında konkret addımların atılacağını vurğulayıb.

 

Nazir Türk dünyası ölkələrinin Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə, eləcə də ikili, üçlü və dördlü formatlarda əlaqələrini gücləndirdiklərini vurğulayıb.

 

"Bugünkü nazirlər toplantısı və sabahkı liderlər zirvəsi ilə ticarət, energetika, nəqliyyat, iqtisadiyyat, gömrük, elm və təhsil, mədəniyyət sahələrində konkret addımlar atacağıq. Ölkələrimiz arasında mal və xidmət, eləcə də işçi qüvvəsi mübadiləsini asanlaşdırmaq üçün işlərimizi davam etdirəcəyik. Beləcə, regional rifah və təhlükəsizliyə önəmli töhfələr vermiş olacağıq", - deyə Çavuşoğlu qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi