Modern.az

Sərdar Cəlaloğlu: ““Beynəlxalq təşkilatlar bizim partiyanı boykot edir”- AÇIQLAMA

Sərdar Cəlaloğlu: ““Beynəlxalq təşkilatlar bizim partiyanı boykot edir”- AÇIQLAMA

Təhsil

8 May 2013, 11:32

 “Beynəlxalq təşkilatlar bizim partiyanı boykot edir. Onların  konyukturası var, kimi dəvət edib etməyəcəkləri yalnız özlərinə məlumdur”. Bunu Modern.az- açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu ATƏT-in  Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüşə dəvət almamalarının səbəblərindən danışarkən deyib. Partiya sədri onu da əlavə edib ki, məsələnin səbəblərini ATƏT-dən soruşmaq lazımdır. “Yaxşı olar ki, ATƏT-in Bakı ofisi ilə əlaqə saxlayıb onlardan soruşasınız xeyri ola bizi dəvət etməyiblər?”-deyə mesaj verib.

Xatırladaq ki,  Azərbaycanın aparıcı siyasi partiya liderləri  ATƏT-in  Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüş  keçirib. Qapalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı ilə yanaşı, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev,  Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...