Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ilk finalçısı məlum olub.
Modern.az xəbər verir ki, Argentina millisi yarımfinal matçında Xorvatiya yığmasını 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Cənubi Amerika təmsilçisinə qələbə qazandıran qolları Messi (34-cü dəqiqə) və Xulian Alvares (38, 69-cu dəqiqə) vurublar.
Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq.
Qeyd edək ki, turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.
***
Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda 3-cü qol vurulub.
Modern.az-ın məlumatına görə, 69-cu dəqiqədə Messinin ötürməsindən sonra Xulian Alvares rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 3:0.
***
Argentina və Xorvatiya yığmaları arasında yarımfinal oyununda iki qol vurulub.
Modern.az xəbər verir ki, 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə çıxarıb.
Görüşün 38-ci dəqiqəsində Argentina millisi hesab arasında fərqi artırıb - 2:0. Bu dəfə Xulian Alvares adını qol siyahısına yazdırıb.
***
Dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında keçirilən yarımfinal oyunu başlayıb.
Modern.az xəbər verir ki, "Lusail" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
21:49
Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Argentina və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi, Xulian Alvares
Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç, Andre Kramariç
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.