Argentina millisinin hücumçusu Lionel Messi növbəti uğura imza atıb.
Modern.az xəbər verir ki, kapitan dünya çempionatlarında 11-ci qolunu vurub.
Belə ki, Messi Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə yarımfinal oyununda 34-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə uğura nail olub. Bu, Messinin cari çempionatda beşinci qolu olub.
Hesabında ümumilikdə 11 qol olan forvard hazırda forma geyinən futbolçular arasında liderliyə yüksəlib.
Qeyd edək ki, rekord Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsusdur – 16 qol.