Modern.az

Qardaşı Elçibəyin ailəsini boykot etdi: “Onların işlərinə qarışmayacam”

Qardaşı Elçibəyin ailəsini boykot etdi: “Onların işlərinə qarışmayacam”

Ölkə

8 May 2013, 12:19

Mərhum eks-prezident Əbülfəz Elçibəyin ailə üzvləri ilə qardaşı Almurad Əliyev arasında soyuqluq yaranıb. Mətbuata verdikləri açıqlamalarında bir-birlərini təkzib edən qohumların münasibətlərinə A.Əliyev aydınlıq gətirib.

Moden.az-a açıqlamasında A.Əliyev qardaşının ailəsindən gileylənib. O qardaşının ailə üzvlərinin Əliyevlər nəslinin ağsaqqalı kimi onunla məsləhətləşmələr aparmadığını deyib.

A.Əliyev Əbülfəz Elçibəydən yadigar qalan sənədlərin Arxiv Fonduna verilməsi ilə bağlı məsələdən xəbərsiz olduğunu deyib: “Mən artıq bu gündən bu işlərə qarışmıram. Özləri bilərlər. Nə deyirlər desinlər. Elçibəyin sənədlərinə gəlincə, bu barədə sizdən eşidirəm. Mənimlə heç kim bu barədə məsləhətləşməyib. Nəslin ağsaqqalı olaraq mənə bu haqda heç nə deməyiblər”-deyə bildirib.

A.Əliyev çoxdandır qardaşının ailə üzvləri ilə görüşmədiyini vurğulayıb.

“Çoxdandır getmirəm ora. Ancaq lazım olanda telefonla danışırıq”.

Mərhum prezidentin qardaşı daha sonra Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi iddiası ilə bağlı açılan cinayət işində hər hansı yeniliyin olmadığını bildirib.

Anar RÜSTƏMOV 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!