Modern.az

Minik maşını \"Ford\"la toqquşdu - 2 nəfər öldü

Minik maşını \

14 Dekabr 2022, 10:44

Dekabrın 13-də saat 8 radələrində Xızı rayonunun Məşədihəsən kəndində Ə.Əbdülovun idarə etdiyi “Dacia Logan” markalı minik və M.Ələsgərovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə Ə.Əbdülov və sərnişinlərindən E.Rüstəmov hadisə yerində ölüb.

 

Xəsarət alan digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

 

Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama