Modern.az

Qaradağda ağır qəza - 2 ölü, 2 yaralı

Qaradağda ağır qəza - 2 ölü, 2 yaralı

Hadisə

15 Dekabr 2022, 08:42

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub:

 

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВAЗ” markalı minik avtomobili "Volvo" markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil