Modern.az

Türkiyəli aparıcı efirdə Paşinyana güldü - VİDEO

Türkiyəli aparıcı efirdə Paşinyana güldü - VİDEO

Media

14 Dekabr 2022, 18:15

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.

 

Modern.az xəbər verir ki, aksiyanın 3-cü günü Media Turk-un efirində  “Esra Öztürk ilə Global saat”da müzakirə edilib.

 

Türkiyənin tanınmış aparıcısının moderatorluğu ilə efirə gedən verilişdə Milli Məclisin deputatı Tural Gəncəliyev və qardaş ölkənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş aktivistlərin Laçın yolundakı aksiyası, Ermənistan Baş naziri Nikol Paşinyanın məsələyə dair açıqlamaları ətrafında fikir mübadiləsi aparıblar.

 

Karakuş deyib ki, lazım gələrsə, güc tətbiq ediləcək və Zəngəzur dəhlizi açılacaq:

 

"Paşinyan quzu-quzu razılığa gələcək".

 

VİDEO:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir