Modern.az

Mayın 10-da Bakıda bu yollar bağlanacaq - SİYAHI

Mayın 10-da Bakıda bu yollar bağlanacaq - SİYAHI

Təhsil

8 May 2013, 14:42

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü və Gül bayramı ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, mayın 10-u saat səhər 8:00-dan etibarən M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

İdarə əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, şəxsıinəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

Həmçinin bildirib ki, mayın 10-da Şəmsi Bədəlbəyli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama