Dünya çempionatının yarımfinalında Mərakeş yığması Fransa ilə üz-üzə gəlib.
Modern.az xəbər verir ki, Afrika təmsilçisini 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.
Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
***
00:41
Dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda hesab dəyişib.
Modern.az xəbər verir ki, Avropa təmsilçisi 80-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. Fransanın heyətində Randal Kolo Muani fərqlənib.
***
23:03
Dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda erkən qol vurulub.
Modern.az xəbər verir ki, 5-ci dəqiqədə fərqlənən Teo Ernandes Avropa təmsilçisini hesabda önə keçirib.
***
23:01
Dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyunu başlayıb.
Modern.az xəbər verir ki, "Əl Beyt" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
"Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Fransa: Uqo Lyoris (K), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Mərakeş: Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş,
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.