Modern.az

Şəhid hərbçimizin adı AÇIQLANDI

Şəhid hərbçimizin adı AÇIQLANDI

14 Dekabr 2022, 22:00

Kəlbəcərdə mina partlayışında şəhid olan hərbçinin adı məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.

 

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

 

Qeyd edək ki, şəhid hərbçi Tovuz rayonundandır. Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.

O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.

Onun sabah dəfn olunacağı bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər