Fövqəladə Hallar Nazirliyin Bakı Türk Anadolu Liseyində baş verən yanğınla bağlı məlumat yaydı. Nazirliyin rəsmi məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda Bakı Türk Anadolu Liseyinə məxsus ümumi sahəsi 6 kv.m olan köməkçi tikilinin içərisindəki generatorun yanar hissələri, tikilinin yaxınlığına yığılmış istifadəsiz partalar və məktəb ləvazimatları 14 kv.m sahədə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az