Rusiyanın baş naziri Dmirti Medvedevin müavini Vladislav Surkov istefa verib.Modern.az-ın rus KİV-lərinə istinadən verdiyi xəbərə görə, artıq Surkovun istefa ərizəsini prezident Putin təsdiq edib.
Rəsmi məlumatlarda onun öz istəyi ilə işdən çıxdığı bildirilir.
Qeyd edək ki, Putinin keçirdiyi sonuncu müşavirədə Surkov kəskin tənqid hədəfinə tuş gəlmişdi.
Modern.az