Modern.az

Gələn il 10 minə yaxın müəllim imtahan verəcək

Gələn il 10 minə yaxın müəllim imtahan verəcək

Təhsil

15 Dekabr 2022, 13:04

“Gələn il 7-10 min arası müəllimi imtahandan keçirəcəyik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

"Bundan başqa, bu il diaqnostikadan sonra bütün aşağı bal yığan müəllimlərə təlim keçmişdik. Amma elə müəllimlər var ki, təlimdən sonra da nəticə ürəkaçan olmur. Belə olan halda bizdə problemlər yaranır. Bizim komandanın çətinliyi yaranır ki, sualı necə yazaq ki, müəllim cavab verə bilsin. Bu da ciddi problemdir”, - nazir çıxışında vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir